rus eng azr
 
Axtar:  
Baş səhifə
 
 
AGClub vahid diskont sistemi


Vahid endirim sistemi ümumi endirim kartı prinsipi əsasında birləşdirilmiş ticarət-servis müəssisələrinin şəbəkəsini təmsil edir. AGClub öz mahiyyətinə görə universaldır, çünki ən müxtəlif tələbat və maraqlara malik olan alıcıların ehtiyaclarını təmin edir. İndi Siz vahid endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərə satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlığınızın və xarici görünüşünüzün qeydinə qalmaq, səyahət etmək imkanını əldə edəcəksiniz!!!

Klubun yaranma məqsədi bankın müştərilərinə müxtəlif ticarət, əyləncə və xidmət müəssisələrində endirimlər və güzəştlər təqdim etməkdir. Eyni zamanda klubun üzvləri hesab olunan müəssisələr endirimlər vasitəsilə cəlb olunmuş yeni müştərilər sayəsində əlavə gəlir əldə edirlər. AGClub endirim sistemi 1 iyun 2004-cü il tarixindən etibarən fəaliyyət göstərir və hal-hazırda Bakı şəhəri ərazisində 350-dən çox obyekti özündə birləşdirərək klub üzvlərinə 30% endirimlər təqdim edir.

İndi Siz partnyorlarımızın təklif etdiyi endirimlərlə yanaşı daimi müştəri statusunu əldə etmək imkanına maliksiniz. Bu status Sizə yüksək keyfiyyətli xidmət göstərilməsinə zəmanət verir. Bizim partnyorlarımızın sayı daim artır, bu da bizim Sizə etdiyimiz təkliflərin sayını artırır. Biz Sizə şəhərimizin ən yaxşı mağazalarını və müəssisələrini təklif edirik!

Sistemin əsas məlumat daşıyıcısı daim təzələnən veb-saytımızdır www.agclub.az.

AGCLUB AILƏSINƏ XOŞ GƏLMISINIZ!

 
   AGClub Diskont Sistemi © 2004-2010. webmaster@agclub.az Site Meter