rus eng azr
 
Axtar:  
Baş səhifə
 
 
AGClub diskont kartı nə üçün laazımdır?


"Diskont kartı" termini "discount" ingilis sözündən götürülmüşdür - güzəşt deməkdir, yəni onun əsas təyinatı əmtəə və ya xidmətlərə görə haqq ödəyərkən kart sahibinə xərcləri azaltmaq imkanı verməkdən ibarətdir.

AGClub diskont sistemi paytaxtımızın onlarla ən yaxşı klubunu, restoranını, mağazasını, gözəllik salonunu və tibb müəssisəsini birləşdirən Bakı şəhərinin əyləncə, mədəniyyət, təhsil və tibb müəssisələrində göstərilən xidmətlərə görə universal güzəştlər sistemidir. Siz güzəştlə Bakı şəhərinin ərazisində və ya xaricdə restoran və ya kafedə hesab üzrə haqq ödəyə, mağazada lazım olan malı ala, gözəllik salonuna gedə və ya sadəcə olaraq istirahət edə bilərsiniz. Bunu etməyə Sizə istirahət, əyləncə və satınalma zamanı pulunuzu saxlamaq üçün əla üsul olan AGClub diskont kartı kömək edəcək.

AGClub kartının sahibi bizim klub sistemimizə daxil olan bütün müəssisələr şəbəkəsində məhdudiyyətsiz güzəşt hüququndan istifadə edir. Məsələn, kart almış AGClub müştərisi ticarət mərkəzinin və merçantın qapısında tanış nişanı gördükdə, dəqiq bilir ki, bu mağazada güzəşt əldə edəcək və belə nişan olmayan qonşu mağazaya getməyəcək. Bu halda alıcı ayrı-ayrı ticarət və xidmət müəssisələri tərəfindən müstəqil olaraq buraxılmış diskont kartları özü ilə daşımağa ehtiyac duymur. Onları yalnız bir kart -AGClub kartı əvəz edir.

AGClub sisteminə daxil olan ticarət məntəqələri və ya merçantlar ümumi atribut ilə nişanlanır: kart, ticarət-servis müəssisələrinin qapılarında stikerlər, informasiya lövhələri eyni üslubda işlənir və asanlıqla tanınır. Bu kart üzrə güzəştlər təqdim olunan bütün obyektlər barədə ətraflı məlumat kitabçası diskont kartına qoşulur və burada yeni merçantlar (ticarət məntəqələri) haqqında məlumatlar daima təzələnir.

Uğurlar!

 

 
   AGClub Diskont Sistemi © 2004-2010. webmaster@agclub.az Site Meter